ONN İnformasiya Agentliyi

Rasim Balayevin səhhətindən xəbər var

Rasim Balayevin səhhətindən xəbər var
22 Dekabr 2017 - 13:39

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.

ONN media xəbər verir ki, bu barədə report-a açıqlamasında xalq artisti özü məlumat verib. O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib: 

"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə artıq müayinə üçün mənə xəbər edəcəklər".

Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib: "Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə, hələ ki, davam edir".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png