ONN İnformasiya Agentliyi

Rayonlarda toyuqlar kütləvi şəkildə tələf olur — Sakinlər narahatdır + Video

Rayonlarda toyuqlar kütləvi şəkildə tələf olur — Sakinlər narahatdır + Video
19 Yanvar 2018 - 21:57

Son bir həftədə rayonlarda ev quşları kütləvi şəkildə tələf olmağa başlayıb.

ONN media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, baytarlar bunu havaların qeyri-sabit keçməsi ilə əlaqələndirsələr də sakinlər bundan narahatdır. Ev quşlarının ölüm halları İsmayıllı və Kürdəmirdə daha çox müşahidə olunub.

Belə ki, İsmayıllının Kürdmaşı kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Son bir neçə gündə 120-yə yaxın ev quşu tələf olub.

Kənd sakinlərinin sözlərinə görə, quşların qırılması bir neçə gün davam edib. Buna görə də tələfatın qarşısını almaq məqsədi ilə digər ölmüş quşlar basdırılıb. Buna baxmayaraq ev quşlarının ölməsi davam edir.

Tələf olmuş heyvanlardan analiz və yoxlama üçün nümunələr götürülərək rayon baytarlıq idarəsinə göndərilib.

Kürdəmir rayonunun Sor-sor kəndində də bənzər hadisə olub. Sakinlər təsərrüfatlarında ev quşlarının kütləvi tələf olmasından narahatdırlar. Onların sözlərinə görə, son bir həftə ərzində təlafat kütləvi hal alıb.

Xəstəlik ev quşları arasında toyuqlarla yanaşı qaz, hindquşuna da yoluxur. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinə müraciət ediblər.

Bildirilir ki, bu günə qədər 500 başdan çox ev quşu tələf olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png