ONN İnformasiya Agentliyi

Restoran sahiblərinə XƏBƏRDARLIQ – Əhalini ZƏHƏRLƏMƏYİN

Restoran sahiblərinə XƏBƏRDARLIQ – Əhalini ZƏHƏRLƏMƏYİN
30 Noyabr 2018 - 13:15

ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi krevet və xərçənglər alan kafe, restoran, eləcə də bazarlara müraciət edib.

İdarədən bildirilib ki, anti-sanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir:

"Eyni zamanda, anti-sanitariya şəraitində satışa çıxarılan balıqlardan zəhərlənmə halları da son dövrlərdə artıb. Su Nəqliyyatında Polis İdarəsi dəniz onurğasızlarından sayılan krevet və xərçəngləri alan kafe, restoran, eləcə də bazarlara müraciət edərək bildirir ki, anti-sanitar şəraitdə satılan ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər".

İdarə paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər həyata keçirdiklərini də açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png