ONN İnformasiya Agentliyi

“Sədərək” bağlandı? – Açıqlama

“Sədərək” bağlandı? – Açıqlama
10 Oktyabr 2019 - 12:38

Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

ONN media xəbər verir ki, bu sözləri açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmallədin Qədim deyib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini davam etdirir:

“Bura Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir və burda 40 mindən çox adam çalışır. Hazırda heç bir narazılıq yoxdur və hər kəs iş başındadır. Bəzi şəxslər tərəfindən “Sədərəy”in bağlanması barədə yayılan məlumatlar şayiədir”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri “Sədərək” Ticarət Mərkəzinin bağlanması barədə məlumat paylaşırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png