Sədərəkdə baş verən yanğının səbəbi açıqlandı

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan ONN media-ya bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.