ONN İnformasiya Agentliyi

Səfirlik həmyerlimizin qətli ilə bağlı Rusiya dövlət qurumlarına müraciət edib

Səfirlik həmyerlimizin qətli ilə bağlı Rusiya dövlət qurumlarına müraciət edib
31 May 2021 - 19:38

Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.

Bu barədə” Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

“Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub”, – məlumatda qeyd olunub.

“Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!”, – səfirlikdən vurğulanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png