Səfirliyimizə hücum edən terrorçu BDU-da təhsil alıb?

Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində qiyabi təhsil alıb”.

Bu barədə politoloq Ərəstun Oruclu sosial mediada məlumat paylaşıb.

Məlumatı dəqiqləşdirmək məqsədilə BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva ilə əlaqə saxladıq. O, xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçirildiyinə görə hər hansı məlumatın verilməsi mümkün deyil