ONN İnformasiya Agentliyi

Səfirliyimizdəki teraktın ildönümündə məhkəmə başlayır

Səfirliyimizdəki teraktın ildönümündə məhkəmə başlayır
27 Yanvar 2024 - 10:59

İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin məhkəməsi bu gün başlayacaq.

ONN media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunun birinci ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir”, – bəyanatda qeyd edilib.

Qeyd edək ki, bu gün terror aktının törədilməsindən (27 yanvar 2023-cü il) bir il ötür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png