Şəhid Anar Kazımovun anası dünyasını dəyişdi

Avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova bir qədər əvvəl Şəmkirin Qaracəmirli kəndində dünyasını dəyişib.

ONN media xəbər verir ki, şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir.

Səyyarə Kazımovanın bir qədər əvvəl Şəmkir rayonunun Qaracəmirli kəndində dünyasını dəyişdiyi vurğulanır.