ONN İnformasiya Agentliyi

Şəhidimiz dəfn olundu

Şəhidimiz dəfn olundu
28 Yanvar 2024 - 17:15

Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət komada qalan, bu gün şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.

ONN media xəbər verir ki, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid hərbçimiz Tovuz rayonunda, doğulub boya-başa çatdığı Qaraxanlı kəndində dəfn edilib.

Qeyd edək ki, Hacıəli Qasımov həm də Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarımızın azad edilməsi uğrunda medallarla təltif edilib. Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin nəzdində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 19-da başladılan və cəmi 24 saat yaxın davam edən lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaətlərə görə üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png