ONN İnformasiya Agentliyi

“Şəffaflıq Azərbaycan”a yeni direktor təyin edildi

“Şəffaflıq Azərbaycan”a yeni direktor təyin edildi
22 Avqust 2019 - 19:51

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə (İB) yeni icraçı direktor seçilib.

ONN media bildirir ki, icraçı direktor Rəna Səfərəliyeva vəzifəsindən ayrılıb. O, bunu ekspert fəaliyyətilə məşğul olmaq istəməsi ilə izah edib.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin iclası keçirilib. İdarə Heyətinin qərarına əsasən, İB-nin icraçı direktoru vəzifəsinə hüquq müdafiəçisi Əliməmməd Nuriyev seçilib.

Ə.Nuriyev bu təyinata qədər “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin üzvü olub.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png