ONN İnformasiya Agentliyi

Səfirlik Türkiyədəki vətəndaşlarımıza müraciət etdi

Səfirlik Türkiyədəki vətəndaşlarımıza müraciət etdi
06 Fevral 2023 - 9:26

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

ONN media xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

“Qəhramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, – səfirlikdən qeyd olunub.

Qeyd edək ki, bu gecə Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, 76 nəfər ölüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png