ONN İnformasiya Agentliyi

Şəhid ailələri ilə bağlı daha bir məlumat

Şəhid ailələri ilə bağlı daha bir məlumat
30 Sentyabr 2022 - 14:13

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.

ONN media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png