ONN İnformasiya Agentliyi

Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi

Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi
07 İyul 2022 - 8:38

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polis şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Gülxar Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:

“Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb”.

Bölmə rəisi qeyd edib ki, G.Quliyevin polis şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir. Fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Vətən müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxar Quliyevin Ağsuda polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png