ONN İnformasiya Agentliyi

Şəxsi avtomobildə maska taxılmalıdır? – RƏSMİ AÇIQLAMA

Şəxsi avtomobildə maska taxılmalıdır? – RƏSMİ AÇIQLAMA
06 İyun 2020 - 9:09

Şəxsi avtomobildə maskadan istifadə etməməyə görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmur.

ONN media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da deyib:

“Nazirlər Kabinetinin 189 nömrəli qərarında qeyd olunur ki, şəhərlərarası, rayonlararası və şəhərdaxili, eləcə də rayondaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin tibbi maskadan istifadə etmələri mütləqdir. Şəxsi avtomobildə maskanın istifadə edilməsinə ehtiyac yoxdur və bu, heç bir inzibati məsuliyyət yaratmır. Ola bilər ki, mən öz avtomobilimdə hərəkət edirəmsə, iş yoldaşım mənimlə eyni vaxtda yanımda gedirsə, maskadan istifadə edə bilərəm. Çünki o, mənim ailə üzvüm deyil. Öz sağlamlığım üçün tibbi maskadan istifadə edə bilərəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png