ONN media

Sabah əhalinin siyahıyaalınması başa çatır

Sabah əhalinin siyahıyaalınması başa çatır
09 Oktyabr 2019 - 22:22
Sabah Azərbaycanda əhalinin siyahıyaalınması başa çatacaq.

ONN media xəbər verir ki, sayca 3-cü siyahıyaalınma prosesinə oktyabrın 1-dən başlanılıb.

Qeyd edək ki, siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub. Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək.

Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png