Sabah Milli Məclis 15 məsələyə baxacaq – SİYAHI

Sabah, fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

ONN media-nın məlumatına  görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

 "Sosial sığorta haqqında" qanuna dəyişiklik;

 "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna dəyişiklik;

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"qanuna dəyişiklik;

 "Peşə təhsili haqqında" qanun layihəsi 1-ci oxunuşda;

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik;

 “Terrorçuluğa qarşı mübarizə" qanuna dəyişiklik;

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik;

 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;

Milli Məclisin İntizam Komissiyasının tərkibinin təsdiq edilməsi

Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibinin təsdiq edilməsi

Bundan başqa 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.