ONN İnformasiya Agentliyi

Sabiq başçı rəis təyin edildi

Sabiq başçı rəis təyin edildi
11 Dekabr 2023 - 15:26

Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şükür Fərəməz oğlu Babayevə yeni vəzifə verilib.

ONN media xəbər verir ki, müvafiq əmrlə Şükür Babayev “Naxçıvan Lift Xidməti”nin rəisi təyin olunub.

Buna qədər sözügedən idarəyə Sadiqov Mehman Beytulla oğlu rəhbərlik edib.

Qeyd edək ki, Şükür Babayev 26 iyun 2006-cı ildə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 21 dekabr 2018-ci ildə Şükür Babayev vəzifəsindən azad edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png