ONN İnformasiya Agentliyi

Sabiq rektorun prokuror oğlu koronadan öldü

Sabiq rektorun prokuror oğlu koronadan öldü
01 İyun 2020 - 16:28

Bakı Dövlət Universitetinin sabiq rektoru Firudin Səməndərovun oğlu Yusif Səməndərovun dünyasını dəyişməsi ilə bağlı bəzi məqamlar bəlli olub.

ONN media -a daxil olan məlumata görə, 44 yaşlı Yusif Səməndərov Bakı şəhər Prokurorluğunda çalışırmış. Onun koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Y.Səməndərovun ölüm səbəbi müəyyənləşəndən sonra TƏBİB Bakı Prokurorluğunda onunla ünsiyyətdə olanları test edib və bir neçə prokurorda testin nəticələri pozitiv çıxıb.

Hazırda həmin şəxslərin karantinə alındığı bildirilir.

Qeyd edək ki, F.Səməndərov 1992-93-cü illərdə BDU-nun rektoru olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png