ONN İnformasiya Agentliyi

Sabunçuda uşaq yazarı Gülzar İbrahimovanın balaca oxucularla görüşü olub

Sabunçuda uşaq yazarı Gülzar İbrahimovanın balaca oxucularla görüşü olub
19 Dekabr 2017 - 17:30

Sabunçu rayon MKS-in 1 saylı filialında tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş təşkil olunmuşdur

 ONNmedia xəbər verir ki, Sabunçu rayon MKS(Mərkəzləşmiş Kitabxana Sistemi)-in 1 saylı filialında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın balaca oxucuları ilə görüşü təşkil olunmuşdur.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon MKS-in direktoru Nəcibə Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri və valideynlər iştirak etdilər.
Görüşdə uşaqlar nağıllar aləminə sehrli səyahət edərək şeir çələngləri ilə yazıçını sevindirmişlər. Tədbirdə iştirak edən uşaqlara yazıçı Gülzar İbrahimova tərəfindən maraqlı hədiyyələr təqdim edilmişdir.
Tədbirdə muğam ustası Maya Cəbrayılova da musiqi ifaları ilə çıxış etmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png