ONN İnformasiya Agentliyi

Şadlıq Saraylarında daha bir yenilik

Şadlıq Saraylarında daha bir yenilik
28 Fevral 2024 - 10:11

Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.

ONN media xəbər verir ki, bununla bağlı Xəzər TV süjet hazırlayıb.

Həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib.

Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png