ONN İnformasiya Agentliyi

“Sahil” metrostansiyasında hansı yeniliklər olacaq?

“Sahil” metrostansiyasında hansı yeniliklər olacaq?
23 Dekabr 2017 - 8:31

50 yaşlı stansiya yeni görkəmdə sərnişinlərin ixtiyarına veriləcək. Bu məqsədlə təmir və yenidənqurma işləri sürətlə aparılır. Söhbət indiyədək təmir olunmayan metronun Sahil stansiyasından gedir. Stansiyanın karroziyaya uğramış dəmir divarları sökülüb yenisi ilə əvəz olunub. Sərnişinlərin dayandığı platforma isə yararsız hala düşdüyündən bura yeni beton örtük vurulur.

ONN media xəzərxəbər-ə istinadən məlumat verir ki, Sahil stansiyasında əsas yenilik isə eskalatorlarla bağlıdır.

“28 May” stansiyası ilə müqayisədə, burada quraşdırlacaq eskalatorların eni bir metr olacaq ki, bu da stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək. Stansiya 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz ediləcək.

Qeyd edək ki, Sahil stansiyasında bütün işlər qurumun öz hesabına, tikinti və istismar sahəsinin işçiləri tərəfindən görülür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png