ONN İnformasiya Agentliyi

Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da… – VİDEO

Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da… – VİDEO
03 Avqust 2019 - 12:54

Şamaxıda baş vermiş zəlzələ zamanı bəzi evlər tamamilə dağıldı, yüzlərlə ev qəzalı vəziyyətə düşdü.

Hadisədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin yerlərdə komissiyası yaradıldı. Evlərə baxış keçirən komissiya zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və ya bərpaya ehtiyacı olan evləri müəyyənləşdirib.

Baku TV xəbər verir ki, zəlzələ nəticəsində zərər çəkmiş insanlardan biri də şəhərin Aşıq Məmmədağa küçəsində yaşayan Bəkirov Adil Kazım oğludur.

Vətəndaşın sözlərinə görə, zəlzələdən sonra onun evinə ciddi zərər dəyib, evdə iri çatlar yaranıb, tavan aralanıb.

A.Bəkirov deyir ki, dəfələrlə Şamaxı Rayon İcra Hakimyətində yaradılan komissiyaya müraciət etsə də, onun müraciətinə baxan olmayıb. O, iddia edir ki, yaradılmış komissiya, ümumiyyətlə, evə baxış keçirməyib.

Hazırda A.Bəkirovun 4 nəfərdən ibarət ailəsi qohum evində qalır.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Şəhərin baş memarı Rüstəm Əliyev məsələdən xəbərdar olduqlarını və həmin evin siyahıya alındığını bildirib.

Rayon rəsmisi bir aydan sonra A.Bəkirovun evinin bərpa olacağını və problemin öz həllini tapacağını söyləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png