ONN İnformasiya Agentliyi

Sanki fəhlə deyil, illərin muğam ustasıdır – VİDEO

Sanki fəhlə deyil, illərin muğam ustasıdır – VİDEO
09 Noyabr 2017 - 23:49
Sanki fəhlə deyil, illərin muğam ustasıdı. Məlahətli səsi ilə hazırkı müğənnilərdən heç də geri qalmır.
ONN media bildirir ki, səsi ilə eşidənləri valeh edən Elnurun oxuduğu yer isə bəzəkli səhnələr yox, işlədiyi tikinti məkanlarıdı.
Oxuduğu mahnıları heçbir sosial şəbəkəyə yerləşdirməsə də, onu iş yoldaşları fəhlə kimi deyil, öz aralarında muğam ustası kimi tanıyırlar. Adətən bu cür istedadlı şəxsləri biz tapsaq da, bu dəfə Elnur özü bizi axtarıb tapdı.
Əslən Göygöl rayonu, Çaykənd kəndindən olan Elnur musiqi istedadını uşaq vaxtı çobanlıq edərkən kəşf edib.
Peşəkar musiqi təhsili olmasa da oxuduğu mahnıları ilə işlədiyi yerlərdə hər kəsin diqqətini çəkə bilib.Dediyinə görə təbi harda gəldi, orda da oxumağa başlayır.
Musiqi təhsilinin arzusu ilə Bakıya gələn Elnur bir müddət fərdi müəllim yanına musiqi təhsili almağa gedib. Lakin sonradan ailə qayğıları onun qarşısına sədd olub. Musiqi sahəsində özünə iş tapa bilmədiyindən məcbur olaraq tikintidə fəhlə kimi çalışıb.
Elnur musiqi təhsili alaraq biliklərini daha artırmaq istəyir. Ən böyük arzusu isə böyük səhnələrdə oxumaqdır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Sanki fəhlə deyil, illərin muğam ustasıdır

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png