Sankt-Peterburq – Bakı reysi ləğv edilib

Nordavia” aviaşirkətinin bugünkü Sankt-Peterburq – Bakı reysi ləğv edilib.

ONN media xəbər verir ki, bu barədə “Yandeks. Cədvəl” xidmətinin məlumatında deyilir.

“5N 705” reysinin təyyarəsi saat 11:00-da Pulkovo hava limanından qalxmalı və saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.

Reysin ləğv edilməsinin səbəbi məlum deyil.