Saraya işıq fasilələrlə veriləcək

“Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır.

“Azərenerji” və “Azərişıq” ASC-nin yaydığı məlumata görə, bu səbəbdən “Saray 3” və “Saray 5” xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.

Qeyd edilib ki, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: “Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir”.

Hər iki qurum yaranmış narahatçılığa görə istehlakçılarından üzr istəyir.