ONN media

“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi

“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
24 Aprel 2019 - 18:02

24 aprel 2019-cu il tarixində Bakı Slavyan Universitetində Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirilib. Öncə qonaqlar Bakı Slavyan Unversitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

ONN media xəbər verir ki, tədbirdə tanınmış elm insanları nitqlər söyləyərək tarix səhnəsində ermənilərin saxtakarlıqları haqqında danışıblar. “Saxta erməni soyqırımı” mövzusunda keçirilən tədbirdə Milli Məclisin üzvü, millət vəkili Adil Əliyev, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin 2-ci katibi Tuba Üzər, Türkiyənin Azərbaycandakı təhsil müşaviri – Mahmud Ağırman, Yunus Əmrə institutunun müdiri, Doc. Dr. Cihan Özdemir, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın, tanınmış yazıçı publisist, jurnalist, tarixi romanların müəllifi, tarixçı, Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü Yunus Oğuz, sosioloq, professor, Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü Əhməd Qəşəmoğlu və Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli və digər mötəbər qonaqlar bir-birindən maraqlı nitqlər söyləmişlər. Tədbir iştirakçılarına Turan Araşdırmalar Mərkəzinin hazırladığı erməni soyqırımı ilə bağlı videoçarx disk şəkilində hədiyyə edildi.

Tədbiri Bakı Slavyan Universitetinin Tədris işləri üzrə prorektoru Rafiq Novruzov açaraq bu cür tədbirlərin mütəmadi və daimi keçirilməsinin əhəmiyyətindən söhbət açdı. Daha sonra tədbirin təşkilatçısı və aparıcısı iqtisadçı alim Cavid İsmayıl çıxış edərək öz nitqində bildirmişdir: “Əziz dostlar, sizlərin bura toplaşmağınızın əsəs məzmununu və məqsədini artıq bilirsiniz. Bir əsrdir ki, ermənilər bu saxta soyqırımı bütün dünyaya tanıtdırmağa səy göstərirlər və tarix ərzində türklərə qarşı törədikləri soyqırımlara baxmayaraq özlərini dünyaya məzlum xalq kimi tanıtdırırlar. Biz burada çıxışlara keçməzdən əvvəl Turan Araşdırmalar Mərkəzinin hazırladığı ermənilərin Azərbaycan xalqına qarşı törədikləri qanlı hadisələrlə bağlı videoçarxa nəzər yetirək. Videoçarxın hazırlanmasının əsas məqsədi isə ermənilərin dünyada bir terrorçu xalq olduğunu bir daha göstərməkdir və qeyd edim ki, elə ən çox terror təşkilatlarını yaradan xalqlardan biri də məhz ermənilərdir”.

Daha sonra isə Milli Məclisin üzvü, millət vəkili Adil Əliyev çıxış edərək bildirmişdir: “Öncə tədbir iştiraçılarını, qonaqları salamlayıram. Biz öz tarixçilərimizin və dünya tarixçilərinin əsərlərində də görürük ki, tarixdə erməni soyqırımı adlı bir hadisə olmamışdır, amma ermənilər və onların havadarları hər dəfə bunu qabardaraq türk dövlətlərinə – Türkiyə və Azərbaycana, o cümlədən İslam dünyasına qarşı mühakimə etdirirlər. Mən tarixçi deyiləm, hərbiçiyəm və Milli Məclisin üzvi kimi deyə bilərəm ki, biz hər zaman Azərbaycanın bu günə gəlib çatmasındakı rolunu vurğulamalıyıq”.

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri  Mahmut Ağırman çıxışında söylədi: “Hörmətli millət vəkili, dəyərli müəllimlərimiz, hər birinizi salamlayıram. Bu gün erməni soyqırımından danışırıq və onların türklərə qarşı törətdikləri soyqırımlar təkcə Qarabağda, Xocalıda yox, mənim də böyüdüyüm coğrafiyada olmuşdur. Ərzurum bölgəsinin adını xüsusilə çəkmək istərdim. 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibələrinin getdiyi qış aylarında Osmanlı ərazisində yaşayan ermənilər ruslarla anlaşma həyata keçirərək Osmanlı əsgərlərini öldürmüşlər. O gecə cərəyan edən hadisələri yaralı bir əsgərimiz Ərzuruma gələrək Camidə hocaya danışmış və hoca isə türklərə səslənmişdir”.

Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz isə nitqində söyləmişdir: “Mahmud bəy, saxta erməni soyqırımı ilə bağlı fikirlərində 1877-1878-ci illərə toxundu və əslində qeyd etmək istərdim ki, bu hadisələrin arxasında böyük güclər dayanırdı. Belə ki, həmin güclər Osmanlı dövlətinin neft sahibliyini (yəni Ərəb ölkələrində) əlindən almaq istəyirdilər və Ruslar isə artıq isti sulara çıxış əldə etmək niyyətində idi. Təbiidir ki, bunun üçün daxildən parçalanma mühüm rol oynayırdı. Rusiya ermənilərə kifayət qədər silah verərək hərbi birləşmələr yaradırdılar. Məhz elə buna görədir ki, Sarıqamış əməliyyatında arxa cəbhəni ermənilər kəsdiyi üçün 90 min türk əskəri soyuqdan həlak oldular. Ermənilərin bu saxta soyqırımı qaldırmaqda məqsədləri var. Bunlar 4 bənddən ibarətdir. 1-ci bütün dünyada saxta soyqırımı tanıtmaq, 2-ci Türküyənin özünə bunu qəbul etdirməyə nail olmaq, 3-cü ac ermənilərə Türküyədən kompensasiya əldə etmək, 4-cü isə ən qorxulusu olan Türkiyənin 6 vilayətini ələ keçirmək. Amma onlar bu istəklərinə nail ola bilməyəcəklər. Baxmayaraq ki, ermənilərə onların havadarları hər cür dəstək verirlər. 24 aprel tarixində heç bir soyqırım olmayıb”.

Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir çıxış edərək bildirmişdir: “Ermənilərin bizlərə qarşı olan soyqırımları ilə bağlı çox gözəl videoçarx təqdim etdiniz. 732-735-ci illərdə Orta Asiya regionunda ikinci Göytürk dövləti yaşayırdı. Bilgə Xan Orxan abidələrində yazı həkk etdirmişdir. O daşlarda “…Taxtıma oturunca ac, yoxsul dağınıq milləti topladım, yoxsul milləti zəngin elədim, az milləti çox kıldım. Türk milləti, sən ackən toxluq nədir bilmərsən, tox olduğun günləri unudursun. Amma bir kərə doydunsa aclığı heç düşünmərsən….”. Baxın bu tük millətinin hafızasıdır. Bəlkəm tarixdə nə baş veribsə bizim unutqanlığımızdan başımıza bəlalar gəlib”.        Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın öz çıxışında iki qardaş dövlətin iqtisadi əlaqələrinin inkişafının vacibliyini vurğulayaraq bu əlaqələrin bundan  sonra da daha da genişləndirləcəyini vurğulamışdır. Həmçinin bu erməni yalanlarının qarşısında durmağın, onun dünyaya bir yalan olduğunu bildirmək üçün iqtisadi inkişafın əhəmiyyətindən söhbət açdı. Sosioloq, professor, Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü Əhməd Qəşəmoğluda çıxışında erməni soyqırımının yalanlar üzərində qurulduğu haqqında geniş nitq söylədi. Sonda isə Bakı Slavyan Universitetinin kafedra müdiri Şəlalə xanım erməni yalanları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.

Daha sonra digər qonaqlar bir-birinin ardınca maraqlı fikirlər səsləndirərək erməni soyqırımının yalan olduğunu söylədilər. Tədbirdə Türkiyənin TRT kanalı ilə canlı olaraq bağlantı quruldu. Sonda iqtisadçı alim Cavid İsmayıl Azərbaycan respublikasının Təhsil Naziri Ceyhun Bayramova, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevaya, prorektorlar Rafiq Novruzova, Xanım Sultanovaya  və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirmişdir. Sonda Turan Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim, professor Əjdər İsmayılovun türk tarixinə və erməni tarixşünaslığını yalanlayan elmi əsərləri Bakı Slavyan Universitetinin kitabxanasına təqdim edildi. Eyni zamanda “Tarixini UNUTMA – Erməni terrorunun tarixi” adlı TAM tərəfindən hazırlanmış xüsusi videoçarx elektron daşıyıcılarda və xüsusi bukletlər tədbir iştirakçılarına paylanıldı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png