ONN İnformasiya Agentliyi

Seçki bülletenlərinə 1345 nəfərin adı daxil edilib – MSK sədri

Seçki bülletenlərinə 1345 nəfərin adı daxil edilib – MSK sədri
29 Yanvar 2020 - 17:04

Seçki bülletenlərinə 1345 nəfərin adı daxil edilib. Bir yerə 11 nəfər düşür. Çox böyük bir seçimdir.

ONN media xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, bu gün axşama, yaxud sabaha bütün bülletenlər hazır olacaq: “Namizədlərin 246 nəfərinin siyasi mənsubiyyəti var. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1088 nəfər fərdi qaydada öz namizədliyini irəli sürüb. Bu rəqəmlər artıq dəyişəsi deyil”.

M.Pənahov qeyd edib ki, ümumilikdə 307 nəfər 28 siyasi partiyanın üzvləridir: “Siyasi partiyaların hamısı seçkidə iştirak edir. Yalnız bir təşkilat – AXCP iştirak etmir”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png