ONN İnformasiya Agentliyi

“Siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarırıq” -Allahşükür Paşazadə

“Siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarırıq” -Allahşükür Paşazadə
21 Dekabr 2017 - 20:39

“Bəzi siyasətçilər elə işlər görürlər ki, biz din xadimləri məcbur oluruq ki, onların etdiklərini öz məcrasına qaytaraq”.

ONN media APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, Qüds məsələsindən, İraq, Suriyadakı müharibədən və Avropadakı dini dözümsüzlükdən danışaraq vəziyyətin gərgin olduğunu bildirib.

Şeyxülislam prezident İlham Əliyevin “İslam həmrəyliyi ili” ilə bağlı sərəncamına bütün dünyanın ehtiyacı olduğunu deyib.

Bildirib ki, gələcəkdə də Azərbaycanda hər il İslam həmrəyliyi, dini tolerantlıq mövzusunda beynəlxalq tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png