ONN İnformasiya Agentliyi

Siyavuş Novruzov: “Bu il seçki ilidir, belə təxribatlar çox olacaq”

Siyavuş Novruzov: “Bu il seçki ilidir, belə təxribatlar çox olacaq”
26 Yanvar 2018 - 13:27

"Amerikada vətəndaş müharibəsi gedəndə, Azərbaycanda mətbuat olub. Azərbaycan xalqı hər zaman mətbuata meyilli olub və bütün azadlıqlarından etik çərçivədə istifadə edib".

ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Amerikadan və bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan öz mətbuatına qayğı göstərir: "Mətbuatda görürük ki, Avropa ölkələrində stabillik yoxdu. İnternet resurslarının idarəsində də bu özünü göstərir. NATO-nun nəzarətində olan ölkələr özləri belə öz mətbuatlarına dəyər vermirlər. Mətbuat nümayəndələrini və KİV-ləri sıxışdırırlar. Azərbaycanda isə müəllif hüquqlarının qorunmasına hər dövrdə yüksək qiymət verilib. Daxili və xarici islahatlar zamanı buna xüsusi diqqət ayrılıb".

S.Novruzov bildirib ki, bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir: "Bu, çox primitiv bir yanaşmadır. ABŞ Dövlət Departamenti Azərbaycanı qeyri-stabil ölkələr sırasında göstərir. Azərbaycana turistlərin gəlməsinə mane olmaq istəyirlər. Azərbaycan necə qeyri-stabil ölkədir ki, ABŞ və Rusiya Baş qərargahlarının rəisləri məhz Bakıda görüşür?"

Millət vəkili bildirib ki, bu il seçki ili olduğundan belə təxribatlar çox olacaq: "Azərbaycan xalqı müdrik xalqdır, seçkidə öz seçimini edəcək, kənar müdaxilələrə yol verilməyəcək. Mətbuatın dəstəyi də bu sahədə önəmlidir".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png