ONN İnformasiya Agentliyi

SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ

SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
08 Noyabr 2019 - 15:42

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun dövri təmiri ərzində ölkəyə idxal edilən Aİ-92 benzini Avro-4 və Avro-5 standartlarına cavab verən yanacaqdır”.

ONN media xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın son vaxtlar sürücülərin benzinin keyfiyyətindən olan narazılıqları ilə bağlı sorğusuna cavab olaraq bildirib.

İ.Əhmədov qeyd edib ki, idxal edilən yanacağın keyfiyyəti ölkə daxilində istehsal edilən benzinin keyfiyyətinə uyğundur və ya ondan da yüksəkdir:

“Bu ildə keçirilən dövri təmir ərzində xaricdən 114 min ton Aİ-92 markalı benzin idxal olunub və 109 min ton həcmində əmtəə artıq Azərbaycana çatdırılıb. İdxal edilən benzinin 30 min tonu İsveçrə üzərindən, 80 min tonu Rusiyadan və 4 min tonu Türkmənistandan alınıb”.

SOCAR rəsmisinin sözlərinə görə, yaxın zamanda Heydər Əliyev adına Neft Emalı Zavodunun dövri təmiri tam başa çatdıqdan sonra benzinin ölkə daxilində istehsalı bərpa olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png