SOCAR-ın mətbuat xidmətinin rəhbəri dəyişdi

SOCAR-ın mətbuat xidmətinə yeni rəhbər təyin edilib. 

ONNmedia xəbər verir ki, uzun müddətdir SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsini icra edən Nizaməddin Quliyev səlahiyyətini təhvil verib. Onun yerinə bu vəzifəyə İbrahim Əhmədov təyin edilib. 

Qeyd edək ki, N.Quliyevin SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edildiyi bildirilir. Xəbəri N.Quliyevin özü ilə dəqiqləşdirmək istədik. Lakin sabiq mətbuat katibi danışmaq üçün münasib olmadığını bildirdi.