SON DƏQİQƏ: Hərbiçimiz həlak oldu

Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi – kapitan Nizami Vahid oğlu Yolçuzadə xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

ONN media xəbər verir ki, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb.

Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Nizami Vahid oğlu Yolçuzadə əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.

Allah rəhmət eləsin!