SON DƏQİQƏ: Ordumuz erməniləri atəşə tutub?- RƏSMİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə ONN media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır”, – nazirlikdən qeyd olunub.