SON DƏQİQƏ: Ordumuzun hərbiçisi həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlu iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.