SON DƏQİQƏ: qonşumuzda güclü zəlzələ BAŞ VERDİ

Rusiyada 6,3 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi informasiya yayıb.

Zəlzələnin episentri Ozernovski şəhərinin 267 km şimal-qərbində, yerin 486 km dərinliyində olub.

Oxot dənizi sahillərinə yaxın ərazidə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.