Son sutkada neçə nəfər vaksin vurdurub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 205 vaksin vurulub.

ONN media xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 120, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 017, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 848, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 022, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 979, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 168 nəfər təşkil edir.