ONN İnformasiya Agentliyi

Sosial şəbəkələrdə yayılan bu elan müzakirələrə səbəb oldu

Sosial şəbəkələrdə yayılan bu elan müzakirələrə səbəb oldu
11 İyun 2022 - 16:47

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılır. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib. Elanda ilan şəkli yer alıb və “Ehtiyatlı olun” deyə xəbərdarlıq edilib.

ONN media xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya məlumat verən universitetin mətbuat katibi Elman Babayev bildirib:

“Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb”  

Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub:

“Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png