ONN İnformasiya Agentliyi

“Sovetski”də yeni tikintilər başlayır? – RƏSMİ

“Sovetski”də yeni tikintilər başlayır? – RƏSMİ
23 May 2022 - 16:09

“Sovetski” adı ilə tanınan ərazidə böyük tikinti layihəsinin planlaşdırılması ilə bağlı mediada məlumatlar dərc olunur.

Sözügedən ərazidə yeni yaşayış kompleksinin salınacağı, tikinti işlərinin Abdulla Şaiq küçəsi boyunca “Nizami” metro stansiyasının arxası və ona bitişik əraziləri əhatə edəcəyi və ümumilikdə tikinti işlərinin 606 min kv.m ərazidə aparılacağı qeyd olunur.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, belə bir layihə ilə bağlı nə Komitəyə, nə də onun alt qurumlarına müraciət daxil olmayıb.

Qeyd edək ki, bir neçə il əvvəl buradakı köhnə evlər sökülərək onların yerində Mərkəzi Park inşa edilib və burada heç bir tikintinin olmayacağı bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png