ONN İnformasiya Agentliyi

Söyüşə görə aparıcı işdən çıxarıldı

Söyüşə görə aparıcı işdən çıxarıldı
08 Aprel 2019 - 11:50

“Speys” kanalında yayımlanan “Hər səhər” verilişində yaşanan qalmaqal bir çox əməkdaşın işdən uzaqlaşdırılmasına səbəb olub.

ONN media xəbər verir ki, bu gün verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməmkdar artist Çingiz Əhmədov aparıb. Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu proqramda qalmaqallı hadisə yaşanmışdı. Belə ki, Rüfət fonoqramla mahnı oxuyarkən, aparıcıya əxlaqsız ifadələr işlədim, səs rejissoru isə mikrofonları bağlamağı unutduğu üçün səs efirə gedib. Ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, MTRŞ kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

Qeyd edək ki, Anar eyni zamanda “Speys” radioda “Yanar saat” verilişinin aparıcısıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png