ONN İnformasiya Agentliyi

Sumqayıtda “Bu şəhərdə”nin konsertinə qadağa qoyulub?

Sumqayıtda “Bu şəhərdə”nin konsertinə qadağa qoyulub?
11 Fevral 2019 - 11:50

Sumqayıt şəhərində “Bu şəhərdə”nin komandasına konsert təşkil etməyə icazə verilməyib.

ONN media  xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb.

O bildirib ki, konsert üçün Sumqayıt İH-nə müraciət ediblər.

“Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” Sizin şəhərdə olmayacaq”, – deyə M.Abbasov sumqayıtlılara müraciətində qeyd edib.

Sumqayıt şəhər icra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev   bildirib ki, “Bu Şəhərdə”nin növbəti konsert proqramının Sumqayıtda keçirilməsində hər hansı problem yoxdur:

“Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün  hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur.  “Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib.

Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə”  üzvlərinə “yox” cavabı verilməyib”. Unikal.org

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png