Sumqayıtda möhtəşəm gecə görüntüləri… – Foto

Sumqayıt öz yubileyinə hazırdır. Şəhər büs-bütün bayram libasına bürünüb. Görülən işlər və yaradılan bayram əhval-ruhiyyəsi şəhərin gözəlliyinə əlavə rəng qatıb.

ONN media xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən hazırlıq tədbirləri çərçivəsində şəhərin küçə və prospektləri, park və xiyabanları, Dövlət Dram Teatrının binası, Dənizkənarı Bulvar, Heydər Əliyev parkı xüsusi işıq effektləri ilə bəzədilib.

Çindən gələn bir qrup mütəxəssisin quraşdırdığı al-əlvan işıq qurğuları şəhərə xüsusi yaraşıq verir. Sayrışan işıqlarda Sumqayıt başqa bir gözəlliyə qərq olub. 70 illik yubiley münasibətilə bəzədilən şəhər öz sakinlərinə və bayrama axışan qonaqlara xoş ovqat bəxş edir.