ONN İnformasiya Agentliyi

Sürücülərin nəzərinə: Bakıda daha bir yol təmirə bağlanır

Sürücülərin nəzərinə: Bakıda daha bir yol təmirə bağlanır
05 Fevral 2018 - 19:42

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən ONN media-ya verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

“Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”-deyə agentliyin məlumatında qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png