ONN İnformasiya Agentliyi

Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı – VİDEO

Şuşa və Kəlbəcərin yeni görüntüləri yayıldı – VİDEO
08 Yanvar 2018 - 15:43

Sosial şəbəkələrdə Ermənistan tərəfindən işğal olunan Azərbaycanın tarixi Şuşa şəhəri və Kəlbəcər rayonundan görüntülər yayılıb.

Videolar Youtube sosial şəbəkəsinə erməni blogger tərəfindən yerləşdirilib və Şuşa “qədim erməni şəhəri” adı ilə təqdim olunub. Bu azmış kimi blogger uydurduğu qondarma tarixi Azərbaycan musiqisinin sədaları altında sosial şəbəkə izləyicilərinə təqdim edib:

“Təxminən yüz il əvvəl Qafqaz türkləri qədim erməni şəhəri olan Şuşada soyqırım törətdilər. Qatillər köklü əhalini məhv edib şəhərdə məskunlaşdılar. Daha sonra bolşeviklər süni olaraq xalq yaradıb onları azərbaycanlılar adlandırdılar. Tarixi Ermənistan torpaqları isə köçərilərə verildi. Şükr allaha, cəsur erməni qoşunları sayəsində bu ərazilərin bir hissəsi 1992-1994-cü illərdə azad edildi”. (qafqzinfo)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png