ONN İnformasiya Agentliyi

TƏBİB gücləndirilmiş iş rejiminə keçdi

TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
14 Yanvar 2024 - 16:35

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə TƏBİB-dən bildirilib.

Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər (“Mitsubişi Pajero”, UAZ, “Mersedes Vito”, “Volksvagen” markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb. Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png