ONN İnformasiya Agentliyi

TƏBİB son statistikanı açıqladı

TƏBİB son statistikanı açıqladı
14 Avqust 2020 - 20:38

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

ONN media  xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 820 002 test aparılıb. Onlardan 34 018-nin cavabı pozitiv çıxıb. İndiyədək 504 nəfər COVID-19-dan dünyasını dəyişib, 31 490 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 024 nəfərdir. 197 nəfər reanimasiyada, 37 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 103 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 221 pasiyent sağalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png