ONN İnformasiya Agentliyi

“Təhsil əlçatan olmalıdır” — Musa Qasımlı

“Təhsil əlçatan olmalıdır” — Musa Qasımlı
17 Sentyabr 2019 - 17:45

“Biz dəfələrlə bəyan edirdik ki, təhsil əlçatan olmalıdır. Azərbaycanda əvvəlki illərdə təhsil əlçatan olmadığından abituryentlər ali təhsil üçün xarici ölkələrə üz tuturdu. Orada da bəzi qüvvələrin təsiri altına düşürdülər, bizi qınayırdılar, dövlətə qarşı çevrilirdilər”.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisdə Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti  ali məktəblərdə qəbul planını artırmaqla ali təhsilə əlçatanalığı təmin etmiş oldu. “Ali məktəblərə qəbul planını artırmaqla əlçatanlılıq məsələsi ilə yanaşı, Azərbaycan dövlətçiliyi də üzləşəcəyi bir sıra problemlərdən və təhlükələrdən  xilas oldu”, – deyə deputat qeyd edib.

M. Qasımlı eyni zamanda müəllimlərin yerdəyişməsi ilə bağlı müəllimlərin üzləşdiyi problemləri gündəmə gətirib:

“Bu gün ailəli müəllimlər var ki,  özləri ucqar kəndlərdə dərs deyir, ancaq ailələri onlardan uzaqda şəhərdə yaşayır. Bu da müəyyən problemlər yaradır. Düzdür, bu istiqamətdə çox böyük işlər görülür, ancaq bu məsələ gələcəkdə müəyyən problemlər yaratmasın deyə, həll yolu tapılmalıdır”.

Deputat həmçinin ali təhsil müəssisələrində qiymətləndirmə probleminə toxunaraq deyib ki, rektorlarımız biliyin qiymətləndirilməsində ədalətli və obyektiv  olmalıdır: “Əgər biliyin qiymətləndirilməsində ədalətlilik və obyektivlik pozularsa, nizam pozulacaq. Bu vacibdir və rektorlar bunu bilməlidir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png