ONN İnformasiya Agentliyi

Təhsil Nazirliyindən müəllimlərə şad xəbər- 45 MİN NƏFƏRİN MAAŞI ARTACAQ

Təhsil Nazirliyindən müəllimlərə şad xəbər- 45 MİN NƏFƏRİN MAAŞI ARTACAQ
21 Dekabr 2017 - 12:55

2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.

ONN media “report”a istinadən xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin 2017-ci il üzrə təqvim ilinin təhsil xronikasında məlumat verilib.

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqısı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png