ONN İnformasiya Agentliyi

Talıbovların bankının yeni sahibləri açıqlandı

Talıbovların bankının yeni sahibləri açıqlandı
08 İyun 2023 - 9:35

Azərbaycanın yeganə regional bankı – Naxçıvan Bank ASC-nin yeni səhmdarları açıqlanıb.

ONN media xəbər verir ki, Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.Bundan əvvəl səhmlər Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub.

Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png