ONN İnformasiya Agentliyi

Tarixdə bir İLK- Xankəndidə səsvermə başladı

Tarixdə bir İLK- Xankəndidə səsvermə başladı
07 Fevral 2024 - 9:01

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib.

ONN media xəbər verir ki, səhər saat 8:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyir.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png